Almaniyanın Berlin, Drezden, Maqdeburq, Tangerhütte, Zeitz, Leypsiq və başqa şəhərlərində bir neçə gündür Azərbaycan bayrağı dalğalanır. Diasporla iş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, bu şəhərlərdə yaşayan azərbaycanlılar "Bakı 2015" I Avropa Oyunları ilə əlaqədar evlərinin eyvanından və damından Azərbaycan bayraqlarını asıblar.
Soydaşlarımız bu aksiya ilə son günlər Avropa parlamentarilərinin, ümumiyyətlə, Avropa siyasətçiləri və mediasının I Avropa Oyunları ilə əlaqədar Azərbaycan qarşı qərəzli mövqeyinə etiraz etdiklərini, eyni zamanda "Bakı 2015" oyunlarına dəstək verdiklərini bildirirlər.
.jpeg)
.png)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB