Deputat: “Avropa Oyunlarının Azərbaycan standartları müəyyənləşdirildi"

Deputat: “Avropa Oyunlarının Azərbaycan standartları müəyyənləşdirildi"

"12 iyun 2015-ci il tarixində Bakı şəhərində Milli Olimpiya Stadionunda I Avropa Oyunlarının möhtəşəm açlış mərasimi təkcə ölkəmizdə deyil, bütün dünyada böyük əks-səda doğurmuşdur. Bu tədbir öz milliliyi ilə, eyni zamanda müasirliyi ilə, qeyri-adiliyi ilə 100 milyonlarla tamaşaçını heyran qoydu. Azərbaycan müstəqilliyinin 24 il ərzində bütün sahələrdə əldə etdiyi naliyyətləri təkcə bu açlış mərasimi ilə bir daha bütün dünyaya təqdim etdi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, son vaxtlar Azərbaycana qarşı haqsız olaraq aparılan qarayaxma kompaniyalarına bu ən tutarlı cavab oldu: "Artıq onların da deməyə sözləri qalmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ümumi rəhbərliyi ilə, Mehriban xanım Əliyevanın sədrlik etdiyi "Bakı-2015" ilk Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən böyük dövlətlərin 6-7 il ərzində həyata keçirdikləri hazırlıq işlərini cəmi 2.5 il ərzində yerinə yetirmişdir. Hazırlıq işləri ən yüksək səviyyədə yerinə yetirilmişdir. Bütün idman obyektləri, ümumilikdə oyunların keçrilməsi ilə bağlı bütün infrastruktur çox yüksək səviyyədə yaradılmışdır. Artıq "Avropa Oyunları"nın Azərbaycan standartları müəyyənləşdirilmişdir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan həqiqətən idman ölkəsinə çevrilmişdir. Artıq Azərbaycanda bütün beynəlxalq səviyyəli idman tədbirlərinin yüksək səviyyədə keçrilməsi üçün hər bir şərait yaradılmışdır".

R.Əliyev qeyd edib ki, bu tədbirlərdə iştirak edən idmançılar, qonaqlar dünyanın müxtəlif dövlətlərini təmsil edən dövlət və hökümət başçıları, sıravi tamaşaçılar gördüklərinə heyran qalmışlar: "Azərbaycan müstəqillik tarixinin ən mühüm günlərindən birini yaşadı. Ən başlıcası odur ki, tədbirin belə bir möhtəşəm səviyyədə keçrilməsi Azərbaycan xalqını daha da ruhlandırdı, xalqa yeni bir güc verdi. Harda olursa-olsun, kimliyindən aslı olmayaraq, insanlar ancaq bu möhtəşəm tədbirdən danışır, bir-birini təbrik edirlər.

Artıq bir neçə gündür ki, oyunlar başlamışdır. İdmançılarımız da bu bayram əhval-ruhiyyəsini böyük coşqu ilə davam etdirirlər. Hər gün idmançılarımızdan qələbə xəbərlərini eşidirik. İnanırıq ki, Avropa Oyunlarında Azərbaycan ilk yerlərdən birini tutacaq. Bütün bu naliyyətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uzaqgörən, hərtərəfli düşünülmüş, hər zaman Azərbaycanın milli maraqlarına cavab verən siyasətinin nəticəsində əldə olunmuşdur. Artıq dünyada inkişafın "Azərbaycan modeli" öz yerini tutmaqdadır. Azərbaycan öz seçdiyi müstəqillik yolunu uğurla davam etdirərək yeni-yeni zəfərlərə nail olacaqdır.

Məqsəd Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasıdır. Yaxın zamanlarda Azərbaycan buna da nail olacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə