Azərbaycan xalqı, o cümlədən astaralılar səbirsizliklə gözlədikləri tarixi anın - birinci Avropa Oyunlarının açılışının həyəcan və sevincini yaşadı. SİA-nın Cənub bürosunun məlumatına görə, 12 iyun 2015-ci il tarixdə Bakı Olimpiya Stadionunda keçirilən "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimini minlərlə rayon sakini və qonaqlar Astara şəhəri Park-bulvarda quraşdırılmış geniş ekranlı monitorda canlı izlədilər.
Möhtəşəm açılış sakinlər tərəfindən rəğbətlə qarşılanaraq, onlara unudulmaz anlar yaşatmışdır.
Tariximizin bizdə yüksək iftixar hissi doğuran bu şanlı səhifəsi xalqımızın yaddaşında əbədi qalacaqdır.
Sakinlər yüksək səviyyədə təşkil olunmuş bayram tədbirinə görə ölkə başçısına və rayon rəhbərliyinə hədsiz minnətdarlıqlarını bildirmişlər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB