Milli kolorit və Ledy Qaqa DÜNYA MƏTBUATI YAZIR

“Bakı-2015” I Avropa Oyunlarının açılışı olub
Milli kolorit və Ledy Qaqa DÜNYA MƏTBUATI YAZIR

"Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimi orta əsrlərdə yaşamış, Şərqin böyük mütəfəkkiri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindən ibarət Şərq fraqmentləri, milli motivləri əks etdirən səhnəciklər və amerikalı müğənni Ledy Qaqanın gözlənilməz çıxışı ilə yadda qalıb. Bunu dünyanın aparıcı informasiya agentliyi sayılan Rusiyanın RİA Novosti yazır.

Qeyd olunur ki, mərasim oyunlar üçün xüsusi tikilmiş 68 min yerlik "Olimpiya" stadionunda baş tutub. 12-28 iyun tarixlərində davam edəcək idman yarışlarında 50 ölkədən 6 mindən çox idmançı 20 idman növü üzrə, 253 medal uğrunda mübarizə aparacaq.

Açılış mərasimində fəxri qonaqlar arasında Rusiyanın dövlət başçısı Vladimir Putin, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digərləri yer alıb.

Açılış mərasimi məşhur Azərbaycan xanəndəsi Alim Qasımovun ifası ilə başlayıb. Daha sonra mindən artıq qız dairəvi arenada sinxron olaraq öz libaslarının rəngini dəyişərək müxtəlif milli ornamentləri nümayiş etdirirdilər. Bu çıxışlar stadionda quraşdırılan böyük monitorlar vasitəsilə yayımlanırdı. Kompozisiyanın finalı Azərbaycanın dövlət bayrağının görüntüsü ilə yekunlaşıb.

Azərbaycanın dövlət bayrağı qaldırıldıqdan sonra "Olimpiya" stadionunda atəşfəşanlıq başlayıb. Ağzına qədər dolan stadionda quraşdırılan monitorlarda oyunlarının məşəlini səyahəti nümayiş olunub. 26 apreldən başlayan səyahət boyu məşəl 61 bölgədən keçib. Məşəl estafetini Azərbaycan prezidenti İlham Əliyev başlayıb, cüdo üzrə ikiqat parolimpiya çempionu İlham Zəkiyev isə tamamlayıb.

İlk miniatür dünyanın ən böyük şairlərindən biri, klassik Azərbaycan poeziyasının yaradıcısı Nizami Gəncəviyə həsr olunub. Auditoriya qarşısında şairin məşhur əsərlərindən nümunələri ("Xosrov və Şirin", "Yeddi gözəl" və s.) yüzlərlə aktyor canlandırıb.

Bir neçə metr yüksəklikdə olan tərəzinin üzərində lord Bayronun Şərqin "Romeo və Cülyettası adlandırdığı Nizami Gəncəvinin məşhur "Leyli və Məcnun" əsərindən fraqmentləri tərtib edilib.

Daha sonra idmançıların keçidi başlayıb. Arenaya isə ilk olaraq Yunanıstan atletlər çıxıblar. Ona görə ki, ilk olimpiya oyunları bu ölkədə yaradılıb. Açılış mərasiminə heç də bütün idmançılar qatıla bilməyiblər. Çünki onların bəzilərinin təlim məşq toplantıları başa çatmayıb.

Mərasimin ən yadda qalan, gözlənilməyən və sona qədər sirr kimi saxlanılan hadisəsi 6 dədə "Grammy" mükafatına layiq görülən amerikalı müğənni Ledy Qaqanın çıxış olub. O, bəstəkar Con Lenonun "Imagine" mahnısı ifa edib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə çıxış edərək iştirakçıları salamlayıb, sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk Avropa Oyunlarını açıq elan edib.

Mərasim möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə