Dünyanın ürəyi Bakıda döyünür

Dünyanın ürəyi Bakıda döyünür

Bu gün dünyanın diqqəti Bakıya yönəlib. İlk Avropa Oyunlarının möhtəşəm açılış mərasimini dünyanın tanınmış media qurumları geniş işıqlandırıb. Avropanın və dünyann tanınmış idman kanalları, habelə "İndependent" qəzeti, Reuters, Anadolu və TASS agentlikləri başda olmaqla onlarla sayt və portal Avropa Oyunlarının açılış mərasimindən geniş reportajlar təqdim ediblər.

Açılış mərasimindən yazan əcnəbi media Bakı Olimpiya Stadionunda Azərbaycanın milli mədəniyyətinin yüksək səviyyədə nümayiş olunduğunu bildiriblər və möhtəşəm şoudan heyrətlərini gizlədə bilməyiblər.

Habelə nüfuzlu dövlət və hökümət başçılarının Avropa Oyunlarının açılış mərasimində iştirak etməsi də xüsusi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə