"Bakı- 2015" I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi bölgələrdə də maraqla qarşılanıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, oyunların açılış mərasimi Bərdədə də böyük maraq və həyəcanla izlənib.
Mərasimi çay evlərində böyük monitorlardan izləyən bölgə sakinləri bayram sevincini birlikdə bölüşüblər.
Böyük həyəcanla izlənilən açılış mərasimi insanlarda xoş ovqat yaradıb. Mərasimin milli ruhda açılışı, ölkəmizin müasirliyi, eləcə də Azərbaycanın zəngin mədəniyyətinin nümayişi rayon sakinlərində qürur və fərəh hissi yaradıb.
İki saatdan çox davam edən təntənəli açılış, Azərbaycan və dünya tarixinə qızıl hərflərlə yazıldı. Daha sonra rayon sakinləri oyunlarda iştirak edən idmançılarımıza qələbə sevinci arzu ediblər .
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB