Bir çox ölkənin multimedia şirkətini əhatə edən Rusiyanın "sputniknews.com" internet səhifəsində "Bakı-2015" birinci Avropa Oyunlarının açılış mərasimindən bəhs edən məqalə yerləşdirilib. SİA-nın xəbərinə görə, yazıda birinci Avropa Oyunlarının açılış mərasiminin Azərbaycanın zəngin mədəniyyəti, eləcə də ölkəmizin müasir Avropanın həyatındakı rolundan bəhs edən heyrətamiz şou olduğu vurğulanıb.
Bildirilib ki, möhtəşəm açılış mərasiminin bədii direktoru yunanıstanlı Dmitris Papaioannou həm də "Afina-2004" Olimpiya Oyunlarının açılış mərasiminə da rəhbərlik edib.
Yazıda, həmçinin Oyunlarla bağlı ümumi məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB