2Bakı 2015" I Avropa Oyunları ilə əlaqədar bu gün paytaxtın Bilgəh qəsəbəsində müəyyən avtomobil yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Zuğulba Yolu Bakı Dairəvi II yolu Dairə 1-dən Dairə 2-dək tam bağlanıb. SİA-nın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi xəbərə görə, sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və "Jumeirah Beach Hotel" dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər. Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB