"I Avropa Oyunlarının açılışı gözlənildiyi kimi çox möhtəşəm oldu"

"I Avropa Oyunlarının açılışı gözlənildiyi kimi çox möhtəşəm oldu"

Millət vəkili Aydın Mirzəzadə facebook-da maraqlı status paylaşıb. Açılış mərasimində iştirak edən Milli Məclisin üzvü: "64 minlik stadiona giriş və tamaşçıların hərəkətinin təşkili yüksək səviyyədə təşkil edilmişdi və elan edildiyi kimi Olimpiya stadin tam dolu idi" deyə qeyd edib.

A.Mirzəzadə bildirib ki, ilk andan fantastik bir şou-tamaşanın olacağı gözlənilən idi: "Ancaq axıracan hər kəs stadionda sonda yanacaq məşəlin yerini axtarırdı ki, sonda onun gzölənilməyən yerdən qalxması qalxması hamı üçün gözlənilməz oldu.

Proqram çox gözəl hazırlanmışdı. Aparıcılar, musiqi nömrələri, rəqslər bir-birini gözəl tamamlayırdı. Proqrama gün qaralandan sonra hər kəsin telefonundakı işığı yandırmaqla müəyyyən hallarda proqramı dəstəkləməsi də özünü doğrultdu.

Stadion auditoriyası bütün komandaları hörmətlə qarşılandı. Azərbaycan idmançılarını isə tamaşaçılar ayaq üstə kəsilməyən alqışlarla qarşıladılar.

Qədim tariximiz çox gözəl tamaşa və səhnə tapıntıları ilə diqqəti dünyaya göstərildi. Bu həm şou, həm də dünyaya Azərbaycanı tanıtmaq imkanı idi. Bu səhnəyə görə ssenaristlərə böyük təşəkkür düşür.

Açılışın ən maraqlı hissəsi isə səhnənin parçlanaraq dağa çevrilməsi, səhnədə gölün və, göy çəmənliyin yaranması və səhnədəki çatlarda od vasitəsi ilə insan obrazının yaranması idi.

Açlış Bakı-2015-ni təşkilat komitəsinin sədri Mehriban xanımın, Avropa Olimpiya Komitələri sərdinin təbrik sözləri ilə sona yaxınlaşdı.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Birinci Avropa Oyunlarını açıq elan etməsi Azərbaycan dövlətinin öz üzərinə düşən məsuliyyəti yüksək şəkildə yerinə yetirməsi elanı idi.

Avropa Oyunlarının açılışı böyük bir bayramın uğurlu keçəcəyinə yaxşı bir zəmanət idi.

Azərbaycan bunu bacardı".

Bütün xəbərlər Facebook səhifəmizdə