Birinci Avropa Oyunlarının sədası Avropa qitəsinin hüdudlarından qat-qat uzaqlara, dünyanın müxtəlif guşələrinə yayılmaqdadır. "Bakı-2015" Avropa Oyunlarının möhtəşəm açılış mərasimini canlı izləmək və bu idman bayramını qeyd etmək məqsədilə Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Vaşinqtonda xüsusi tədbir təşkil edilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, tədbirə Avropa və digər ölkələrin Vaşinqtondakı səfirləri və diplomatik təmsilçiləri ilə yanaşı ölkəmizə dost dövlətlərin nümayəndələri və eləcə də ABŞ hökumət rəsmiləri qatılıblar. İştirakçılar arasında həmçinin yerli ictimaiyyət, o cümlədən Azərbaycan, türk, yəhudi və gürcü icmalarının üzvləri olublar.
Qonaqları salamlayan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etmək kimi tarixi bir ilkə imza atdığını bəyan etmiş və bu önəmli beynəlxalq idman tədbirinin ümdə məqsədinin dünyada cərəyan edən hadisələr və Avropanın müxtəlif bölgələrində yaşanan gərginliklər fonunda xalqları və insanları ümumi amallar ətrafında birləşdirmək olduğunu söyləib. Səfir Avropanın müxtəlif qaynar nöqtələrindəki qarşıdurmaların idman meydanlarındakı rəqabət və yarışlarla əvəz olunmasını və haqq edən güclünün zəfər çalmasını diləyib. O, bu mənada "Bakı-2015" birinci Avropa Oyunlarının Azərbaycanın Avropa qitəsində sülh, əmin-amanlıq və qarşılıqlı anlaşmanın bərqərar olmasına verdiyi bir töhfə olduğunu bildirib. Səfir yüksək səviyyədə hazırlıq görülmüş Avropa Oyunlarının arxasında Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın yorulmaz səylərinin dayandığını və bu tarixi hadisənin gerçəkləşməsində oynadığı əvəzedilməz rolu vurğulayıb. E.Süleymanov uzun illər yalnız xoş niyyət və layihə mərhələsində qalmış Avropa Oyunlarının Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin nümayiş etdirdiyi qətiyyətli liderlik sayəsində ərsəyə gəldigini göstərib. Sonda səfir Avropa Oyunlara qatılan bütün idmançılara uğurlar arzulayıb.
Tədbir iştirakçıları birinci Avropa Oyunlarının Bakıdan canlı yayımlanan heyrətamiz açılış mərasimə böyük diqqət və maraqla tamaşa edib və izləyənlər arasında olan müxtəlif iştirakçı ölkələrin təmsilçiləri stadiona daxil olan öz milli komandalarını alqışla qarşılayıblar. Lakin tədbirdə ən böyük sevinc, fərəh və qürur hislərini şübhəsiz zaldakı Azərbaycanlı iştirakçılar yaşayıbar.
Azərbaycanın ABŞ-dakı Səfirliyi eyni zamanda yerli ictimaiyyətin qarşıdan gələn günlərdə ölkəmizdə cərəyan edəcək beynəlxalq idman bayramı haqqında daha geniş şəkildə məlumatlandırmaq məqsədilə iyunun 11-də nüfuzlu "Vaşinqton Tayms" qəzetində geniş təbliğat materialı dərc etdirib. Qeyd olunmalıdır ki, "Bakı-2015" birinci Avropa Oyunları çərçivəsində baş tutacaq yarışmaları ABŞ tamaşaçıları "Universal Sports Nerwork" kanalı vasitəsilə izləmək imkanında olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB