Milli Aviasiya Akademiyası pilot qadınlar hazırlayacaq ELAN

Milli Aviasiya Akademiyası pilot qadınlar hazırlayacaq ELAN

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Milli Aviasiya Akademiyası pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlamasını elan edir.

Sənəd qəbulu 1-30 iyulda həyata keçiriləcək.

Namizədlər üçün tələblər:

- 18-25 yaşlı qadınlar;

- 160-180 sm boy;

- Maksimum çəki 75 kq;

- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək.

Müsabiqədə iştirak etmək üçün sənədlərin siyahısı:

- Şəxsiyyət vəsiqəsinin surəti (sənədlər verildikdə əsli də təqdim edilir);

- Təhsil haqqında sənədin əsli;

- 3х4 sm ölçüdə şəkil;

- Xarici dil bigilərini təsdiqləyən sertifikat (əgər varsa).

Bütün sənədlər "Azərbaycan Hava Yolları" QSC-nin Personalla iş üzrə Baş idarəsinə təqdim edilməlidir.

Müsabiqədə iştirak etmək üçün sənədləri təqdim edən şəxslər Psixofizioloji funksiyaların icbari həkim-ekspert qiymətləndirilməsi üzrə daimi fəaliyyət göstərən xüsusi komissiyanın tibbi müayinəsindən mütləq keçməlidirlər.

Əlavə məlumat əldə etmək üçün "Azərbaycan Hava Yolları" QSC-nin Personalla iş üzrə Baş idarəsinə müraciət etmək olar.

Telefon: (+994 12) 497-26-00 (daxili xətt: 32-84)

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Bütün xəbərlər Facebook səhifəmizdə