DSX-də bayram tədbiri keçirilib

İyun ayının 13-də Dövlət Sərhəd Xidmətinin Aparatında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.Xidmətin mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xilaskarlıq mis­si­yası nəticəsində 15 iyunun - Milli Qurtuluş Gününün xalqımızın ta­ri­xin­də dönüş anı olduğunu qeyd ediblər. Bildirilib ki, Azər­bay­can müs­təqilliyini əldə etdiyi ilk illərdə çox ağır sınaqlara məruz qalmışdır. Hə­min dövrlərdə höküm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təh­lü­kəsi ölkəni iqtisadi böhrana sürükləyib. Belə bir ağır dövrdə xalqın tə­kidi ilə Azər­bay­can dövlətçiliyinin xilaskarı kimi yenidən siyasi ha­ki­miy­yətə qayıdan Heydər Əliyev öz sarsılmaz iradəsi, əzmi, zəngin döv­lət­çilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öh­də­sin­dən gəlməyə qadir olduğunu göstərib. Xalqımız güclü şəxsiyyətin, dahi dövlət xadiminin siyasi hakimiyyətə qayıdışından sonra sabaha böyük ümidlə və inamla baxmağa başlayıb. Ulu Öndərin xalqa sevgisi və cəsarəti ilə ölkədə həmrəylik yaranıb, xalq milli maraqlar ətrafında bir­ləşə bilmiş, ölkədə sabitlik bərpa olunmuş, Azər­bay­can sabitlikdən in­ki­şafa qədəm qoyub.

Məlumat verilib ki, respublikanın inkişafının bütün isti­qa­mət­lə­rində olduğu kimi Sərhəd Qo­şunlarının təşkili və formalaşmasında əsas­lı keyfiyyət dəyişiklikləri Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayı­­dışından sonra, onun diqqət və qayğısı nəticəsində mümkün ol­muş­dur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli sərhəd si­ya­sətin, iqtisadi-siyasi kur­sun bu gün onun layiqli davamçısı Azər­bay­can Respublikasının Pre­zi­den­ti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cə­­nab İlham Əliyev tə­rə­fin­dən uğurla davam etdirilməsi vurğulanıb.

Daha sonra iftixar hissi ilə qeyd olunmuşdur ki, Azər­bay­can dün­ya­nın ən sürətlə inkişaf edən ölkələri sırasında yer almaqla, iqtisadi qüd­rə­tə nail olan ölkə kimi tarixdə ilk dəfə keçirilən mötəbər idman təd­bi­ri­nə-1-ci Avropa Oyunlarına ev sahibliyini edir. Bu Oyunların Azər­­bay­canda keçirilməsi ilk növbədə ölkəmizin qüdrətinin, artan gü­cü­nün və beynəlxalq nüfuzunun göstəricisi olduğu vurğulanıb.

Sonda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş et­di­ril­ib.

Bütün xəbərlər Facebook səhifəmizdə