Tacikistan prezidenti Azərbaycana gəlib

Tacikistan prezidenti Azərbaycana gəlib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib. SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan Respublikasının Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşıladılar.

Bütün xəbərlər Facebook səhifəmizdə