Qətərin Olimpiya Komitəsinin sədri Bakıda

Qətərin Olimpiya Komitəsinin sədri Bakıda

Qətər Dövlətinin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Taninin başçılıq etdiyi nümayəndə heyəti birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 11-də Azərbaycana gəlib. SİA-nın xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qətər Dövlətinin Olimpiya Komitəsinin sədrini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə