Çin Xalq Respublikası hökumətinin rəsmi informasiya agentliyi Sinxua Bakıda birinci Avropa Oyunları haqqında informasiya yayıb. SİA-nın xəbərinə görə, informasiyada deyilir: "İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunları tarixdə ilk belə oyunlardır. İdmanın 16 olimpiya və 4 qeyri-olimpiya növü üzrə ümumən 20 idman yarışı keçiriləcək. İdmanın 11 növündə (velosiped idmanı, kamandan oxatma, yüngül atletika, boks, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, çimərlik voleybolu, cüdo və atıcılıq) 2016-cı ilin Olimpiya Oyunları üçün lisenziyalar və lisenziya balları oynanılacaq.
Oyunların açılışına 10-dan çox dövlətin başçısı, o cümlədən Türkiyə və Rusiya prezidentləri gələcəklər. Avropa ölkələrinin hökumət başçılarının, parlament üzvlərinin, BOK-un nümayəndələrinin də Bakıya gələcəyi gözlənilir.
Azərbaycan Avropa Oyunlarının keçirilməsi hüququnu 2012-ci ilin dekabrında Romada Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında qazanıb. Səsvermədə iştirak edən 49 ölkədən 39-u Bakıya səs verib.
Bakıda 18 müasir idman kompleksi hazırlanıb. Bunların beşi sıfırdan inşa olunub.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin nümayəndə heyəti ilə görüşündə deyib: "Doğrudan da böyük bayramdır, ölkəmiz üçün tarixi hadisədir. Avropa üçün tarixi hadisədir. Belə Oyunlar birinci dəfə keçirilir. Əminəm ki, ən yüksək səviyyədə keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB