SAM-ın eksperti G20 konfransında

SAM-ın eksperti G20 konfransında

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Dr.Vüsal Qasımlı 13-15 iyun tarixlərində Türkiyədə keçiriləcək "Böyük 20-lərin" beyin mərkəzlərininin konfransında çıxış edəcək. SAM-dan SİA-ya verilən xəbərə görə.

Türkiyənin İqtisadi Siyasət Araşdırmaları Fondu (TEPAV) və Çinin Çonqyanq Maliyyə Araşdırmaları İnstitutunun (RCDY) birgə təşkilatçılığı ilə keçirilən konfrans İzmir və Bodrumda baş tutacaq.

Tədbirdə qlobal ticarət, investisiya, iqtisadi inkişaf, maliyyə sabitliyi, innovasiya, internet idarəetməsi və infrastruktur məsələləri müzakirə olunacaq. Vüsal Qasımlı dünyada monetar və fiskal siyasətlərin koordinasiyası, habelə infrastrukturun inkişafı məsələlərinə dair məruzə edəcək.

Konfransda Vüsal Qasımlının da daxil olduğu Qlobal Siyasət üzrə Dialoq Platforması təqdim olunacaq. Bu platformada G20-ni təmsil edən aparıcı dünya alimləri qlobal məsələləri virtual müstəvidə və on-line müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə