"Bakı 2015"in Açılış gününün HAVA PROQNOZU

"Bakı 2015"in Açılış gününün HAVA PROQNOZU

I Avropa Oyunlarının rəsmi açılış günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentindən SİA-ya verilən xəbərə görə, iyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşam yarımadanın bəzi yerlərində güclənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 27-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə