Dövlət siyasətinin qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitəsinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə Komitə tərəfindən qadın müdafiəsi xüsusilə, zorakılığa məruz qalmış qadınların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, 25 oktyabr 2011-ci il tarixində Türkiyə Respublikası Hökuməti ilə ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu imzalanıb.
Komitədən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar olaraq 12 iyun tarixində Türkiyə Respublikasının Prezidenti cənab Recep Tayyip Erdoğanın həyat yoldaşı xanım Emine Erdoğan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova ilə görüşəcək. Görüşün əsas məqsədi Azərbaycan Respublikası və Türkiyə arasında qadın müdafiəsi sayəsində dövlətlərarası əməkdaşlığın genişləndirilməsi və Qeyri- Hökumət Təşkilatlarının təcrübəsi ilə bölüşməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB