Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kollektivləri silsilə konsert proqramları ilə çıxış edirlər. Şərur Şəhər Uşaq İncəsənət Məktəbi şagirdlərinin Sərxanlı Kənd Mərkəzində konsert proqramı təşkil olunub.
Burada keçirilən tədbirdə məktəbin direktoru Sədi İsmayılov çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi siyasətinin bəhrələri yurdumuzun hər yerində olduğu kimi, Şərur rayonunda da öz möhtəşəmliyi ilə görünməkdədir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Şərurda iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, müstəqillik illərində Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bu rayonun da həyatında yeni mərhələ – inkişaf və tərəqqi dövrü başlayıb.
Sonra məktəbin musiqi kollektivlərinin ifasında mahnılar səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kollektivləri Naxçıvan şəhərində, Babək, Culfa, Şahbuz, Kəngərli, Ordubad və Sədərək rayonlarında da konsert proqramları ilə çıxış ediblər.AZƏRTAC
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB