Türkiyənin "İhlas" xəbər agentliyi "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı məqalə yayıb. "Dünyanın gözü Azərbaycandadır" sərlövhəli məqalədə dörd ildən bir keçiriləcək bu böyük idman tədbirinin birincisinə Bakının ev sahibliyi edəcəyi qeyd olunur. "Dünya idman ictimaiyyətinin həyəcanla gözlədiyi birinci Avropa Oyunlarının başlamasına sayılı günlər qalıb. Oyunlara bir milyondan artıq tamaşaçının gələcəyi gözlənilir", - deyə məqalədə vurğulanır.
Məqalədə Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıça istinadən birinci Avropa Oyunlarının əhəmiyyətli tədbir olduğu qeyd edilir. Müəllif Oyunların keçiriləcəyi məkanlar, idmançıların qalacağı Atletlər Kəndi haqqında da məlumat verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB