Sonuncu “Şanslı qalib” müəyyənləşdi

Sonuncu “Şanslı qalib” müəyyənləşdi

"Bakı-2015" və rəsmi tərəfdaşı "Nar" Fuad Həsənovun birinci Avropa Oyunlarının dördüncü və sonuncu "Şanslı qalib"i olduğunu elan edib. Bilet nömrəsi Fuad Həsənovun bəxtinə təsadüfi çəkilişlə düşüb və o, "Nar"dan "iPhone 6+" mobil telefonu, "iPad Air 2" planşeti, "3G Nar" internet paketi, xüsusi nömrə və nəhayət, ömürlük danışıq haqqı qazanıb.

"Bakı-2015"-in "Şanslı qalib" kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi qiymətli hədiyyələr üzrə keçirilib. Əvvəlki "Şanslı qalib"lərə "Azərbaycan Hava Yolları" tərəfindən Nyu-Yorka biznes-klas sinfinə aid ikinəfərlik gediş-gəliş bileti və 1500 manat məbləğində cib xərcliyi, "Tissot"un xüsusi hazırladığı kişi və qadın saatı, bütün ailə üçün "P&G" məhsullarının illik tədarükü təqdim edilib. Bütün "Şanslı qalib"lər "Bakı-2015"-in açılış və bağlanış mərasimlərinə iki VIP bilet qazanıblar.

Şanslı qalib Fuad Həsənov bildirib: "Bir idman azarkeşi kimi ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mənim üçün möhtəşəm fürsət oldu. Lakin belə möhtəşəm hədiyyəni udmaq gözlənilməz idi. Ölkənin ən sürətlə inkişaf edən mobil operatoru "Nar"dan ömürlük danışıq paketi qazanmaq mənim üçün böyük dəyişikliklər edəcək. "Bakı-2015"-in açılış və bağlanış mərasimlərini səbirsizliklə gözləyirəm".

"Nar"ın icraçı direktoru Kent Maknili deyib: "Bakı-2015" birinci Avropa Oyunları ölkəmizdə tarixi anlar yaşadacaq. "Nar" Azərbaycan xalqına "Şanslı qalib" kampaniyası vasitəsilə həyəcanlı anlar yaşatdığı üçün fəxr edir".

"Bakı-2015" Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: "Fuad Həsənovu birinci Avropa Oyunlarının sonuncu "Şanslı qalib"i olması münasibətilə təbrik edirəm. Belə bir təbliğat Azərbaycan ictimaiyyəti arasında marağa səbəb olub. İlk Avropa Oyunlarına göstərdiyi davamlı dəstəyə görə "Nar"a minnətdarlığımızı bildiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə