Türkiyənin "İhlas" xəbər agentliyinin rəsmi veb-səhifəsində "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı yazı yerləşdirilib. SİA-nın xəbərinə görə, "Dünyanın gözü Azərbaycanda" başlıqlı yazıda Avropa Olimpiya komitələrinin 4 ildən bir keçirməsini planlaşdırdığı bu nəhəng idman tədbirinin ilkinə Bakının ev sahiblik edəcəyi qeyd olunur. Yazıda qeyd edilib ki, Oyunlarda 49 ölkədən 6 mindən çox idmançı mübarizə aparacaq. Türkiyəni isə 20 müxtəlif növ yarışlar üzrə 110-u kişi, 80-i qadın olmaqla cəmi 190 atlet təmsil edəcək.
Həmçinin yazıda vurğulanır ki, dünya idman ictimaiyyətinin həyəcanla gözlədiyi birinci Avropa Oyunlarının başlanmasına sayılı günlər qalıb. Oyunlara 1 milyondan artıq tamaşaçının gələcəyi gözlənilir.
Ətraflı: http://www.iha.com.tr/haber-dunyanin-gozu-azerbaycanda-470015/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB