Bu gündən başlayaraq rayon ərazisində taxıl biçininə start verilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu il Göygöldə ümumilikdə 9 min 725 hektar sahədə əkin aparılıb ki, bunun da 2900 hektarı arpa və xəsil, yerdə qalan 6825 hektar da isə buğda əkilib. Rayonda biçinin vaxtında və itkisiz aparılması üçün özəl təsərrüfatlarda və "Aqrolizinq" ASC-nin Göygöl rayon aqroservis filialında kombaynlar və digər texnikalar hazır vəziyyətə gətirilib. Ötən il "Aqroservis" ASC-nin Göygöl rayon filialının kombaynları rayonda 4 min hektar sahədə taxıl biçinini həyata keçirib. Bu il havalar əlverişli keçdiyindən taxıl və digər dənli bitkilərin məhsuldarlığı bol olacaq. Orta hesabla hər hektardan 30-35 sentner məhsul götürülməsi gözlənilir.
"Biçinlə əlaqədar olaraq Göygöl Aqroservis filialının 14 kombaynı tam hazır vəziyyətə gətirilib. Bildiyiniz kimi, iyun ayının 10 dan başlayaraq rayonda taxıl biçininə start veriləcək. Biçinlə əlaqədar bütün tədbirləri görülüb. Biçinlə bağlı əhali tərəfindən olunana bütün sifarişlər yerinə yetiriləcək"- deyə, "Aqrolizinq" ASC-nin Göygöl rayon aqroservis filialının direktoru Altay Ələkbərov bildirib.
.jpg)
.jpg)
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB