"Bakı-2015"in tamaşaçıları üçün metro pulsuz olacaq

"Bakı-2015"in tamaşaçıları üçün metro pulsuz olacaq

Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər. Bu barədə SİA-ya Bakı Metropolitenindən məlumat verilib.

Qeyd edək ki, bundan öncə sadəcə açılış və bağlanış mərasimlərinin iştirakçıları bu hüquqdan istifadə edə bilərdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə