Media nümayəndələri Atletlər Kəndində olub FOTOLAR

Media nümayəndələri Atletlər Kəndində olub FOTOLAR

Bu gün Atletlər kəndində media üçün tur həyata keçirilib. SİA-nın məlumatına görə, turda dünyanın müxtəlif ölkələrindən Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gələn jurnalistlərlə birlikdə, yerli jurnalistlər də iştirak edib. 3 mərhələdə reallaşdırılan turun müddəti 1 saat olub. Belə ki, media nümayəndələrinə məlumat verən tur rəhbəri bunları qeyd edib: "Avropanın 50 Milli Olimpiya Komitəsindən 6000-ə yaxın idmançının yarışacağı gözlənilir. Ümumilikdə 20 idman növü, o cümlədən Basketbol 3x3, Çimərlik Futbolu, Karate və Sambo kimi yeni idman növləri də olacaq".

Qeyd edək ki, Atletlər Kəndinin ümumi tutumu 9 min nəfərlikdir və burada idmançılar üçün oyun müddətində bütün şərait yaradılıb. 13 tikilidə 1042 otaq movcuddur. Hər bir otağın ölçüsü isə 22 kvadrat metrdir. Atletlər kəndində idmançıların sağlamlığını təmin etmək üçün klinika yaradılıb. İdmançılar üçün yaradılan sağlamlıq və əyləncə mərkəzi isə 24 saat çalışır. Burada idmançılar həm qidalana biləcək, həm də məşqlərini davam etdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə