Rusiyanın Sankt-Peterburq şəhərindəki televiziya kanallarının birində yayımlanan "Xoroşeye utro" (Yaxşı səhər) televiziya verilisində Bakı haqqında sujet yayımlanıb. SİA-nın məlumatına görə, rusiyalı fotoqraf, səyyah, bloger Aleksandr Jdanov Bakını gəzib və şəhər haqqında fikirlərini tamaşaçılarla bölüşüb. Bloger Bakının qeyri adi gözəlliyə malik olduğunu deyib: "Heydər Əliyev Mərkəzinin memarlığı möhtəşəmdir. Bu binada müxtəlif tədbirlər, konfranslar, sərgilər təşkil olunur. Bakıdakı qədim binalarla yeni tikililərin sintezi həmahənglik təşkil edir. Vaxtilə xalça sənətinin beşiyi olan Azərbaycanda bu gün də bu sahədə inkişaf var. Bu gün də paytaxtda xalça muzeyi fəaliyyət göstərir. Muzey binasının özünün qeyri-adi memarlığı var. Muzey xaricdən xalça formasında inşa olunub. Burada on mindən artıq xalça var. Burada həmçinin xalçalar toxunur. Ustaların əl işi, çalışması, bütün bunlar insanı valeh edir. Buradan toxunan xalçaları satın almaq da mümkündür. Şəhərin mərkəzində yerləşən İçərişəhər, Qız Qalası tarixi tikililəri YUNESKO-nun qədim irs siyahısına daxildir.
Şəhər başdan ayağa fəvvarələrlə doludur. Burada istirahət etmək, şəkil çəkdirmək, ümumiyyətlə şəhərin müasir görüntüsündən zövq almaq olur. Azərbaycanın özünəməxsus mətbəxi var. Xüsusilə müxtəlif çeşidli mürəbbələrini qeyd etmək istəyirəm.
Gördüyünüz Bakı şəhərində fəaliyyət göstərən taksidir. Onun üzərində Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının loqosu var. Ümumiyyətlə, Azərbaycanda ilk Avropa Oyunların keçirilməsi yüksək səviyyədə təşkil olunub. Azərbaycanlılar qonaqpərvər, mehriban və istiqanlıdırlar".
Milyana Həşimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB