Belarusun CTV kanalı "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı geniş reportaj hazırlayıb. SİA-nın xəbərinə görə, 150 atletlə təmsil olunacaq Belarus komandasının heyətində müxtəlif idman növləri üzrə olimpiya, dünya, Avropa çempionları və mükafatçıları yer alıb.
Süjetdə bədii gimnastika üzrə dəfələrlə dünya və Avropa çempionu Yekaterina Qalkina və olimpiya çempionu, kanoeçi Andrey Boqdanoviçlə müsahibələrə yer verilib. Bakıda ilk Avropa Oyunlarında mübarizə aparmağın olduqca həyəcanlı olacağını deyən atletlər uğur qazanmaqla tarixə düşmək istədiklərini qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB