New Europe I Avropa Oyunlarından yazdı

New Europe I Avropa Oyunlarından yazdı

New Europe saytının bugünkü sayında Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı maraqlı yazı dərc edib. SİA-nın neurope.eu saytına istinadən verdiyi məlumata görə, yazıda Birinci Avropa Oyunlarının məşəli aprelin 26-da Atəşgahda yandırıldı və alov festivalı ölkənin bütün regionlarını, rayonları gəzərək iyunun 7-də paytaxt Bakıya qayıtdı. Bu səyahət zamanı Birinci Avropa Oyunlarının məşəli 5 min kilometrdən çox məsafə qət etdi. Hazırda oyunların məşəli iyunun 12-də Olimpiya stadionunda açılışı olacaq Avropa Oyunlarının əsas məşəlini yandırmaq üçün saxlanılır.

Sayt məşəlin Bakının əsas idman arenalarını gəzdiyi barədə geniş reportajı təqdim edir. Bildirilir ki, məşəl Bakının 2015 ünvanında olacaq. Xüsusilə də paytaxtın tarixi məkanları, UNESCO-nun Dünya Mədəni İrsi siyahasına salınmış İçərişəhər kompleksi, idman arenaları məşəlin ziyarət edəcəyi yerlərdir.

Azərbaycan Respublikasının gənclər və idman naziri, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib ki, məşəl səyahəti ötən altı həftə ərzində Azərbaycan ictimaiyyətinin Avropa Oyunları barədə məlumatını artırıb. Bakı sakinlərinin və şəhərimizin qonaqlarının da böyük maraqla iştirak etdiyini görmək möhtəşəm duyğular yaradır. Açılış mərasimi ərəfəsində paytaxt Bakıda məşəl səyahəti insanlarda maraq hissini gücləndirir. Əminəm ki, növbəti günlər ərzində Bakının bütün füsunkarlığını bu mərasimlərdə bir daha əyani görəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə