Bağlanacaq yolların SİYAHISI

12 iyun tarixində başlanacaq I Avropa Oyunları ilə əlaqədar müəyyən günlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması planlaşdırılır. Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən SİA-ya verilən xəbərə görə, Bakıda məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:

- Şəmsi Bədəlbəyli küçəsi;

- Səməd Vurğun küçəsi;

- Bül-bül prospekti;

- Rəşid Behbudov küçəsi;

- Azadlıq prospekti;

- İstiqlaliyyət küçəsi;

- Niyazi küçəsi;

- Şövkət Ələkbərova küçəsi.

12 iyun I Avropa Oyunlarının açılış mərasimi günü isə aşağıda qeyd olunan yollarda günorta saat 04:00-dan, növbəti gecə saat 02:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

- Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək;

- Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməyədək.

Bütün xəbərlər Facebook səhifəmizdə