Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında 500 tələbə gəncə və Tələbə Gənclər Təşkilatının (TGT) sədrinə Gənclər və İdman naziri Azad Rəhimovun və ATGTİ-nin sədri Şahin İsmayilovun imzası ilə diplom təqdim olunub. SİA-nın məlumatına görə, təhsil ilinin bitməsi ilə əlaqədar keçirilən görüşdə Gənclər və İdman nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun baş məsləhətçisi Elnur Abdullayev və ATGTİ-nin sədri Şahin İsmayilov iştirak edib. Görüş ərzində 2014-2015Təhsil ili ərzindəgörülmüş işlər haqqında məlumat verilib. Eləcə də Bakı 2015 I Avropa Oyunlarının təbliği və könüllülərin cəlb olunmasında ATGTİ və TGT-lərin göstərdiyi fəaliyyət qiymətləndirilib.
Sonda ictimai-siyasi, iqtisadi, mədəniyyət, təhsil, incəsənət sahəsində fərqləndiklərinə görə xüsusi ilə seçilmiş 500 tələbə-gənc və TGT sədri diplomla mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB