Almaniyanın "Sport 1" televiziya kanalı Bakıda keçiriləcək İlk Avropa Oyunlarını canlı yayımlayacaq. SİA bu barədə telekanalın veb-səhifəsinə istinadən xəbər verir. Məlumata görə, Bakıda keçiriləcək bu yarış Avropa qitəsi üçün böyük əhəmiyyətə malikdir. Qeyd olunur ki, yarışların Qafqazın ən böyük şəhərində keçirilməsi təsadüfi deyil.
Bildirilib ki, bu şəhərdə Oyunların keçirilməsi üçün yüksək səviyyəli, beynəlxalq standartlara uyğun 18 idman obyekti avropalı idmançıların ixtiyarına verilib. 70 min tamaşaçı tutumlu Bakı Olimpiya Stadionu isə xüsusi əhəmiyyətli idman obyekti kimi təqdim olunur. Oyunların açılış mərasimini ən azı 65 min tamaşaçının canlı izləyəcəyi xüsusi vurğulanır.
Almanlar üçün Bakı 2015 Avropa Oyunları həm də ona görə əhəmiyyətlidir ki, burada qalib olan idmançılar 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar. Bu baxımdan alman hökuməti qalib gələcək idmançılara yüksək məbləğli pul mükafatı vəd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB