Hərəkət edən daşların sirri tapıldı

Hərəkət edən daşların sirri tapıldı

Alimlər ABŞ-ın Kaliforniya ştatında Ölüm Vadisində "sürünən daşlar" fenomeninin sirrini açıqlayıblar. Reystrek-Play gölünün qurumuş dibi ilə hərəkət edən daşlar iz buraxaraq irəliləyirlər. Bu məsələ ilə bağlı bir çox iddialar irəli sürülüb. Bəziləri bu möcüzəvi daşlarda şüurun mövcud olduğunu bildirib. Bu sirrin açılması üçün geoloq alimlərdən ibarət qrup, GPS-rekorder və 15 iri qənbər daşı lazım olub. Ərazidə küləyin istiqamətini qeydə alan kiçim meteostansiya qurulub.

Məlum olub ki, daşlar yalnız müəyyən şəraitdə dekabr və yanvar aylarında hərəkət edir. Gölün dibi daşların hündürlüyünü keçməyən yağış suları ilə dolmalı idi. Bir gecəyə suyun üzərini nazik buz qatı bağlayır. Əgər növbəti gün hava günəşli olarsa, buz çatlayaraq daşları müəyyən "yaxalıqlara" salır və onlar yelkən funksiyasını daşıyır.

Bundan sonra zəif küləyin müşayiəti ilə daşlar dəqiqədə 2-5 millimetr sürətlə yerdəyişmə edir. Alimlər təxmin edir ki, bir çox insanlar daşların hərəkətini izləsə də, sürətin azlığına görə hər hansı dəyişikliyin fərqinə varmayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə