Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Lerikdə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyunun 18-də saat 10:00-da Xidmətin Lerik rayon şöbəsinin inzibati binasında (Lerik şəh. İ.Yaqubov küçəsi 4) Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar iyunun 17-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB