Avropanın ürəyi Azərbaycanda döyünəcək

Rasim Məmmədov
Avropanın ürəyi Azərbaycanda döyünəcək

Azərbaycan gündən-günə özünün inkişaf yolunda qətiyyətli addımlar atmaqda davam edir. Ölkəmiz bu yolda istər Avropa, istərsə də Şərq ölkələri ilə həm iqtisadi-siyasi, həm də mədəni əlaqələrin qurulmasına xüsusi diqqət yetirməkdədir. Prezidentimiz Cənab İlham Əliyevin səyi ilə qurulan bu əlaqələr Azərbaycanın gələcək inkişafında, xarici ölkələrlə münasibətində, eləcə də mədəni səviyyəsinin artmasında mühüm əhəmiyyət kəsb edir. Vətənimizi tanıtmaq, inkişaf etmiş digər ölkələrin səviyyəsinə ucaltmaq, əslində o qədər də çətin deyil. O zaman çətin olardı ki, bizim mədəniyyətimiz, incəsənətimiz, sənətkarlığımız başqa ölkələrdəkindən aşağı pillədə olardı. Lakin bir gerçək hər kəsə məlumdur ki, ölkəmizin istər incə ruhlu poeziya nümayəndələrini, istər xoş avazlı musiqiçilərini heç bir qüvvə üstələyə bilməz. Nə qədər gözəldir Səməd Vurğun poemaları, Söhrab Tahir şeirləri, Rəşid Behbudov avazları. Bir düşünün, Müşfiq kimi şairi başqa hansı ölkədə tapmaq olar ?! Onların yadigarı olan Azərbaycan bu gün daha da qüvvətlənməlidir. Yeni Səməd Vurğunlar, Müslüm Maqomayevler yetişdirməlidir. . Azərbaycan xalqının tarixi qədim olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafı da uzaq keçmişdən başlanır. Cəmiyyətin inkişafına əsaslı təsir göstərən bir sıra kəşflər məhz daş dövründə olmuşdur. Bu kəşflər sırasında "oxla kamanın" ixtira edilməsi buna əyani sübütdür. Hələ eramızdan iki min il əvvəl Azərbaycanda bürünc alətlərin işləndiyi vaxtlarda insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, rəqslərə rast gəlirik. Qobustan qədim qayaüstü yazıları buna parlaq misaldır. Qayalar üstündə bir çox rəsmlər, cizgilər ov səhnələri, heyvan fiqurları, insanların rəqs və digər fiziki hərəkətləri təsvir edilmişdir.12-si əsrdə yaşamış dahi Azərbaycan şairi N.Gəncəvi hələ 800 il bundan əvvəl yazmış olduğu məşhur poemalarında Azərbaycan xalqının qəhrəman oğullarının şücaətini, xüsusən pəhləvanların məharətini təsvir etmişdir. Qədim Şərqin yazılı və şifahi xalq yaradıcılığı ilə bağlı olan mədəniyyət abidələrində fiziki hərəkətlər haqqında xeyli məlumtlar verilir. Bu baxımdan dünya şöhrəti qazanmış görkəmli mütəfəkkirlərimizin əsərələrini, folklor materiallarını araşdırdıqca xalqımızın hələ qədim dövrldərdə fiziki tərbiyəyə böyük yer verildiyinin şahidi oluruq. 1900-cu ilin əvvəllərində Bakıda gimnastika, üzgüçülük, atletika, ağır atletika, futbol idman növləri inkişaf etməyə başlayır. 1910-cu ildə Bakı gimnaziyasının müəllimi V.Qriçbovski tərəfindən üzgüçülük məktəbi yaradılmışdı. Bu qəbildən Bakı gimnaziyasının müəllimi Leonid Romançenkonun həyatı diqqətəlayiqdir. 1912 ildə Bakı gimnaziyasının müəllimi Leonid Ramançenko 24 saat 20 dəqiqə ərzində Xəzər dənizində 48 km məsafəyə üzmüşdür. Bu, o dövr açıq dəniz marafonçusu üçün görülməmiş nəticə idi. Bununla L.Romançenko əvvəlki rekordçu La Manşı keçən ingilis Burqisin rekordunu kölgədə qoydu. Lakin 1917-ci ilə qədər bu nəticələr tək-tək idmançılara məxsus idi və bu həvəskar idmançılara öz ustalıqlarını artırmağa heç kəs kömək etmirdi. Bu hadisədən sonra Bakı üzgüçülük məktəbində məşğul olanların sayı 200-dən çox olmuşdur. Azərbaycan idmançıları

SSRİ Olimpiya komandasının tərkibində Olimpiya Oyunlarının 9-da 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar. Əlbəttə, bu bizim uğurumuzdur, lakin həmin dövrlərdə Azərbaycan sovet imperiyasının tərkibində qeyri-müstəqil bir dovlət idi. Belə ki, əsarət altında olan bir ölkənin mədəniyyəti və incəsənəti də başqa ölkənin kölgəsi altında qalır.Buna görə həmin dövrlərdə idmançılarımız da ruhdan düşür fiziki güclərini digər zərərli fəaliyyətlərə sərf edirdilər.Onların ucaltmağa can atdıqları müstəqil bir vətən anlayışı yox idi. Azərbaycan əsarət altında olan gülləri solmuş bir bağça idi,bu solğun bağça 1993 cü-ildə Ulu Öndər Heydər Əliyevin Günəştək ölkəmizə nur saçması ilə yenidən canlandı,çiçəkləndi. İnsanlar artıq addım atmaqdan qorxmurdular, çünki onlara dayaq olan,müstəqil bir vətənləri vardı.Bu şansı onlara Ümummilli Liderimiz verdi.Heydər Əliyevin gəlişi ölkədə mədəniyyətin, incəsənətin qurtuluşu idi. Liderimiz daim idmana, mədəniyyətə, incəsənətə xüsusi önəm vermişdir. Bunun nəticəsidir ki, Azərbaycan müstəqil dövlət kimi ilk dəfə 1996-cı ildə Olimpiya Oyunlarına qatılıb və həmin zamandan hər bir Olimpiya Oyunlarında təmsilçilərimiz iştirak edir. İndiyə qədər həmin oyunlardan ölkəmiz iyirmi altı medal qazanıb. Müxtəlif illərdə atıcılıq, boks, güləş və bunun kimi bir çox idman növlərində Namiq Abdullayev, Zemfira Meftəhəddinova, Vüqar Ələkbərov kimi tanınmış idmançılarımız ölkəmizin idman sektoruna uğurlu imzalarını atmışlar.2004-cü ildə Afinada Olimpiya Oyunlarında nümayəndəmiz Fərid Mansurov güləş üzrə qızıl medal, 2008-ci il Pekində Olimpiya Oyunlarında cəsur idmançımız Elnur Məmmədli cüdo üzrə qızıl medal,həmin il güləşçimiz Rövşən Bayramov ölkəmizə gümüş medal qazandıraraq Azərbaycanın idmana verdiyi dəyəri töfhələri bir daha sübut etmişlər.Həmin illərdə idmançılarımız beynəlxalq səviyyədə təltif olunduqdan sonra ölkəmizdə də yüksək səviyyədə qarşılandılar,onlar üçün təşkil olunan mərasimdə ölkə Prezidentimiz İlham Əliyev, ölkənin Birinci Xanımı Mehriban Əliyeva da iştirak etməklə idmançılarımızı qürurlandırdılar.Daha sonra qələbə çalmış Elnur Məmmədli, Rövşən Bayramov, Şahin İmranov , Fərid Mayılov, Fərid Mansurov, Eduard Məmmədov kimi idmançılar Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin tərtib etdiyi ''Əbədi Lider'' qızıl döş nişanı və Fəxri diplomu ilə təltif edildilər.Azərbaycan bu günlərdə həmin ruhda yeni bir beynəlxalq müsabiqəyə ev sahibliyi edəcəyinin həyəcanını yaşayır. 2015-ci il iyun ayında keçiriləcək ilk Avropa Oynları dövlətimizin mədəni inkişafi yolunda atılmış ən uğurlu addımlardan biridir. Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 30 ay müddətində hazırlıq işlərində həm ölkə Prezidentimiz, həm xalqımız xüsusi bir əmək nümayiş etdirmişdir. Bir çox xarici ölkələrdən qonaq qəbul edəcəyimiz üçün xüsusi hazırlıq işləri görülür. Əlbəttə qonaqpərvərliyimiz də hər kəsə məlumdur. İştirakçı qismində gələn qonaqlardan başqa 50 ölkədən gəlməsi gözlənilən 6000 idmançının rahatlığı üçün də hazırlıqlar davam edir. Oyunların açılış və bağlanış mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş 68.000 tamaşaçı tutumu olan möhtəşəm Olimpiya Stadionunun açılışı Cənab İlham Əliyevin iştirakı ilə baş tutdu. Bundan başqa ölkə ərazisində yerləşən bir çox idman kompleksləri oyunlar üçün hazır edilir. Bakıda Avropa Oyunlarında 20 idman növündə yarışların keçirilməsi gözlənilir. Əcnəbi idmançılarla yanaşı yerli idmançılarımız da yarışlarda iştirak edəcək. İlk Avropa Oyunlarının məşəli Bakıda Prezidentimiz İlham Əliyev tərəfindən alovlandırıldı və

estafet Azərbaycanın digər rayonlarına ötürülərək davam etdi.Oyunlara hazırlıq zamanı rayonlarda da abadlıq işləri görüldü və qonaqların rahat istirahətinə tam şərait yaradıldı. Oyunlar münasibətilə ölkəmizə əcnəbi qonaqlarımız artıq təşrif gətiriblər. Onlar ölkəmizin turistik məkanlarına ziyarət edirlər. Qonaqların təkcə paytaxt ərazisinə deyil, ölkənin digər bölgələrinə də maraqlarının olması ölkəmizin tanınmasında mühüm əhəmiyyət kəsb edir.Oyunlar barədə aparılan təbliğat işləri də öz səmərəsini verməkdə davam edir. Xarici ölkələrdə, Bakıda keçiriləcək Avropa Oyunlarını insanlara tanıtmaq, onları oyunlara dəvət etmək üçün xüsusi turlar təşkil olunmuşdur. Bundan başqa, oyunlara gələn əcnəbi qonaqlara kömək və rahatlıqlarını təmin etmək məqsədilə könüllülər qrupu da təşkil olunmuşdur və on iki minə yaxın vətəndaş bu işdə könüllü fəaliyyət göstərməkdədir. Bu işdə ölkəyə dəstək olan bu insanlar gələcək həyatları üçün də təcrübə toplayır öz dil imkanlarından istifadə etmək bacarığı əldə etmiş olurlar. Bakı Avropa Oyunları Beynəlxalq İdman Yayımı Teleyayımı Şirkəti (International Sports Broadcasting, ISB)" tərəfindən yayımlanacaq. 16 gün davam edəcək Avropa Oyunları zamanı Beynəlxalq İdman Yayımı Teleyayımı yüksək dəqiqliklə gözlənilən 1200 saatlıq yüksək keyfiyyətli teleyayımı təmin edəcək, bura bütün yarımfinal və finalların canlı yayımı, gündəlik əsas göstəricilər barədə məlumatın verilməsi daxildir. Oyunlar zamanı ölkəmizin məşhur simaları, incəsənət xadimləri öz iştirakı ilə qonaqlara unudulmaz anlar bəxş edəcəklər. Göründüyü kimi, Odlar Yurdu Azərbaycanımız beynəlxalq səviyyədə təşkil olunan bu cür müsabiqəyə ev sahibliyi etməyə Avropanın nəfəsini duymağa texniki və yaradıcı heyət baxımından tam hazırdır. İnanırıq ki, yüksək mədəni inkişafı təmin edən bu cür müsabiqələr ölkəmizə daha çox uğur qazandırar və beləcə dosta güclü arxa, düşmənə əyilməz bilək ola bilərik.

Bütün xəbərlər Facebook səhifəmizdə