Daha bir neçə kəndə ilk dəfə olaraq təbii qaz verilib

Daha bir neçə kəndə ilk dəfə olaraq təbii qaz verilib

Bu gün Yevlax rayonunun Əcəmi və Aşağı Salamabad kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibəti ilə tədbirlər keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, açılış mərasimlərində həmin rayonların icra hakimiyyətlərinin, "Azəriqaz" İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bildirilib ki, 180 abonenti olan İmişli rayonun Məmmədli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9801 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 180 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 347 abonenti olan Oruclu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 30 925 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 347 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yevlax rayonunun 154 abonenti olan Əcəmi kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2686 metr polietilen və 9677 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 154 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 219 abonenti olan Aşağı Salamabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 047 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 219 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə