Aydın Mirzəzadə: “Udan yenə də Türkiyə oldu” AÇIQLAMA

Aydın Mirzəzadə: “Udan yenə də Türkiyə oldu” AÇIQLAMA

"Dünən Türkiyədə keçirlən parlament seçkilərinin nəticələri bu günün siyasi gündəliyində bir nömrəli mövzudur. Görünür bu hələ uzun müddət ciddi müzakirələr və proqnozlar mövzusu olaraq qalacaqdır". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, gözlənildiyi kimi seçki bir sıra yeniliklərə imza atdı və hər biri hal-hazırda həm Türkiyədə, həm dünyada böyük maraq doğurur: "Hakim Ədalət və İnkişaf Partiyası seçkilərdə qalib gəlsə də mütləq çoxluğa malik olmadığına görə onun mümkün koalisiya müttəfiqinin hansı partiya olacağı haqqında coxsaylı variantlar irəli sürülür. Hətta indidən vaxtından əvvəl seçkilər barədə də fikir bildirənlər vardır. Hesab edirəm ki, müdrik türk xalqı bu situasiyadan da uğurla çıxa biləcəkdir. Nəzərə alsaq ki, Türkiyə tarixi üçün koalisiyalı hökumət təcrübələri vardır, bu dəfə də ortaq maraqların nəzərə alındığı bir hökumət formulunun tapılacağı inandırıcı görünür. Bu ortaq maraqların isə güclü və nüfuzlu Türkiyə olacağına şübhə yoxdur.

A.Mirzəzadə bildirb ki, bügün yayılan şərhlərdə barajı aşaraq Türkiyə Böyük Millət Məclisinə ilk dəfə düşən Xalqların Demokratiyası Partiyasının seçkidən öncə Ermənistanla sərhədləri qeyir-şərtsiz açmaq təklifləri önə çəkilir: "Bildirlir ki. AKP HDP ilə kolasiya qurarsa yeni parlament partiyasının bu fərqli mövqeyi nəzərə alınmalıdır. Qalib AKP-nin kiminlə koalisya qurması onun seçimidir və bu partiya öz müttəfiqlərini daha yaxşı müəyyənləşdirə bilər. Ancaq dost, qardaş Türkiyənin bir anda öz yolunu dəyişəcəyi, ümumtürk marqalarını partiya maraqlarına qurban vercəyi inandırıcı görünmür. 82 milyonluq ölkədə bir qrup insanın Ermənistan sevgisi olması tamamilı mümkündür, ancaq Türkiyə və Azərbaycan həmişə bir yerdə olublar və bundan sonra da onları ayıracaq heç bir qüvvə qələbə qazana bilməz. Ermənistanın Türkiyəyə qarşı bütün dünyada çirkin kampaniya apardığı halda Trükiyənin bu aqressiv ölkəyə qucaq asması ancaq romantik təxəyyülün arzusu ola bilər.

Türkiyə bir daha demokratiya və milli dövlətçilk imtahanından uğurla çıxdı və udan yenə də Türkiyə oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə