GTM 40 nəfər üçün iş tapdı

GTM 40 nəfər üçün iş tapdı

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisinin tərkibində fəaliyyət göstərən "Karyera Planlama Xidməti"nin ilk məzunları iş təmin olunub. Mərkəzdən SİA-ya verilən xəbərə görə, xidmətin təşkil etdiyi təlim proqramı müddətində gənclərə intervyulara hazırlıq, özünü təqdimetmə, şəxsi inkişaf və digər mövzularda biliklər verilmiş, "tətbiq edərək öyrənmək" üsulundan istifadə edərək qrup məşğələləri keçirilmişdir.

Xidmət gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə məlumat bazası hazırlanmış, onlar üçün əmək yarmarkaları təşkil edib.

Turizm istiqaməti üzrə texniki-peşə bacarıqlarına yiyələnmiş gənclər Xidmətin köməyi ilə aşağıdakı sahələr üzrə müxtəlif işlərlə təmin edilmişdir: 2 nəfər mühasib, 2 nəfər mühafizəçi, 2 nəfər qeydiyyatçı (reception), 2 nəfər bell-boy, 2 nəfər housekeeper, 1 nəfər housekeeper menecer , 2 nəfər qabyuyan, 1 nəfər bağban, 3 nəfər xadimə, 3 nəfər aşbaz, 1 nəfər xilasedici, 2 nəfər restoran menecer, 3 nəfər barmen və 14 nəfər qarson.

Bütün xəbərlər Facebook səhifəmizdə