Bu gün birinci Avropa Oyunlarının məşəlini daşıyacaq məşhurların adları məlum olub. SİA-nın verdiyi məlumatına görə, məşəl bu gün Velo Parkdan başlayaraq Kristal Zala kimi daşınacaq.
Velo Parkda məşəli "Kim, harada, necə" intellektual oyununun qalibi Balaş Qasımov, Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülük komandasının üzvü Tatyana Nikitina və Yekaterina Valiulina, Basketbol Arenada isə veteran basketbolçu Elxan Əliyev daşıyacaq.
Məşəli daşıyanlar arasında Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, aktyor Tahir İmanov, güləşçi Mariya Standik, bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionu Marina Durunda, Azərbaycan Republikasının Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə, London Olimpiadasının bürünc medalçısı Məhəmmədrəsul Məcidov da var.
Qeyd edək ki, məşəlin bu gün daşınacaq istiqaməti isə BMX Velo Park, Su İdman Mərkəzi, Basketbol Arena, Dağ Velosipedi İdmanı Arenası , Bilgəh çimərliyi, Heydər Əliyev Adına İdman Sarayı, Milli Gimnastika Arenası, Tofiq Bəhrəmov adına Respublika Stadionu və Kristal Zal olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB