"Qayğı"keş FOTOLAR

"Qayğı"keş layihəsinin növbəti qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova olub. Bu haqda SİA-ya "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva məlumat verib.

İctimai Birliyin sədri bildirib ki, daun sindromlu şəxslərin sosiallaşmaları, sərbəst, özünəinamlı olmaları bizim ümdə vəzifələrimizdən biridir: "Bu baxımdan "qayğı"keşlərimizin rolu olduqca böyükdür. Bu dəfəki "Qayğı"keşimizin Hicran xanım olması isə heç də təsadüfi deyil. Onun rəhbərlik etdiyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının təmin olunması, uşaqların problemlərinin həlli istiqamətində müntəzəm olaraq işlər görür. Bundan əlavə, Hicran xanım Daun sindromlu şəxsləri tez-tez yad edir, onlarla görüşür".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova əvvəlcə "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini gəzib, uşaqlarla tanış olub. Sonra qonaq çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasətinin artıq milli strategiya kimi formalaşdığını bildirib.

Daha sonra Daun sindromlu şəxslərin rəqs və səhnəciklərdən ibarət çıxışlarına tamaşa edib. Sonda mərkəzin adından qonağa hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Hicran Hüseynova Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2006-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. O, həmçinin Azərbaycanda siyasi elmlər doktoru adını almış ilk qadındır.

Fotolar Cavid Gəraylınındır.

Dilim danışmasa da,

Heç vaxt susmur gözlərim.

O qədər zənginəm ki,

Bütün dünyaya

sevgi saçır ürəyim...

Riqqət və nəvazişdir

Həyatdan ən böyük gözləntim.

Gülüşüm qədər məsum,

Saf sevgidir gərəyim.

Yoxdur çox şeyə lüzum,

Bircə isti baxışın -

Bax, budur istədiyim...

Sevinc Abdullayeva: Bizim üçün önəmsiz görünən balaca bir təbəssüm bir körpənin ümidi ola bilər. Ona görə də "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birlik olaraq biz də, "Sevgi və Ümidlə Həyata Qalib Gələk!" şüarı ilə körpələrin balaca, titrək əllərindən tutaraq, gələcəyə gedən keşməkeşli yolda onlara yoldaş, dayaq olmaq istəyirik.

"Ağbəniz və yeddi cücə"

"Hind rəqsi"

Onların rəngarəng dünyasına hər kəs dəvətlidir…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyi tərəfindən "Qayğıkeş" titulu ilə təltif edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə