Dünya brendi “Tissot” “Bakı-2015”ə aid saat istehsal edib

Dünya brendi “Tissot” “Bakı-2015”ə aid saat istehsal edib

İyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi xronoqrafı "Tissot" idman üslubunda və idman növlərinin rənglərinin əks olunduğu xüsusi saat istehsal edib. SİA-nın verdiyi məlumata görə, Oyunlara həsr olunan saat "Tissot Quickster Baku Special Edition" adlanır.

"Tissot" "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi ilə bağladığı müqaviləyə uyğun olaraq 50 ölkədən 6 mindən artıq atletin qatıldığı Oyunlarda təmsil olunan idman növlərinin simvollarını saat üzərində qeyd edib.

Qeyd edək ki, üzərində "Bakı-2015"in loqotipi olan 42 millimetr diametrindəki "Tissot Quickster Baku Edition"nin qiyməti 415 avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə