Yeni qatarlarla bağlı yekun qərar veriləcək

Yeni qatarlarla bağlı yekun qərar veriləcək

Bu gün yeni qatarların Bakı Metropolitenində tam istifadəyə verilməsi ilə bağlı yekun qərar veriləcək. Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, yeni qatarların bir neçə gündür xətlərə buraxılmasına baxmayaraq, onlardan sınaq mərhələsində olduğu üçün digər qatarlara nisbətən tam rejimlə istifadə edilmir: "Əgər müsbət rəy verilsə, qatarlar elə bu gündən etibarən xəttə tam gücü ilə buraxılacaq. Yeni qatarların köhnələrdən üstünlüyü ondadır ki, onlarda kondisioner var".

Xatırladaq ki, Bakı Metropoliteninin sifarişi ilə Fransanın "Alstom" şirkətinin istehsalı olan 3 yeni qatar aprel ayında Bakıya gətirilib. Bu qatarlar ötən həftədən başlayaraq sınaq üçün xətlərə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə