Arzu Rəhimov qəbul keçirəcək

Arzu Rəhimov qəbul keçirəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov iyunun 18-də Xidmətin Lerik rayon şöbəsinin inzibati binasında Lənkəran, Astara və Lerik rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək. Xidmətin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar iyunun 17-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə