Fransanın "France 24" televiziya kanalının saytında "Bakı: Avropa Oyunları ərəfəsində" adlı məqalə verilib. Yazıda Azərbaycanın bir neçə gündən sonra möhtəşəm idman tədbirinə ev sahibliyi edəcəyi qeyd olunur. Bildirilir ki, artıq "Nyu-York Times" qəzeti Bakını bu il səfər edilməli şəhərlərin siyahısına daxil edib. Panamerikan və Asiya Oyunlarından sonra indi növbə Bakı Oyunlarınındır. Avropanın dördbir tərəfindən gələn 6 mindən çox atlet Bakıda güclərini sınayacaq.
Müəllif Azərbaycanın paytaxtı Bakının müasir, gözəl, füsunkar arxitekturaya və geniş otel şəbəkəsinə malik şəhər olduğunu yazır. Məqalədə şəhərin mədəni həyatına da geniş yer ayrılıb.
Sonda müəllif Azərbaycan mətbəxinin xüsusilə zəngin olduğunu qeyd etməyi də yaddan çıxarmayıb.
Yazının tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
http://www.franceinfo.fr/emission/voyage-mode-d-emploi/2014-2015/bakou-l-heure-des-jeux-europeens-06-06-2015-05-40
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB