İyunun 5-dən Rusiyanin Amur vilayət televiziyasının Birinci kanalı ilə Bakıda birinci Avropa Oyunlarına həsr olunmuş reklam çarxlarının yayımına başlanıb. Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Amur regional bölməsi və Amur vilayətinin hökuməti "Bakı-2015" Avropa Oyunlarının vilayət KİV-lərində irəliləyişi haqqında razılaşma əldə ediblər. Bu barədə AZƏRTAC-a ÜAK-ın Amur regional bölməsinin rəhbəri Məhəmməd Əsgərov məlumat verib.
Vilayət televiziyasının Birinci kanalının çəkiliş qrupu Avropa Oyunları haqqında reportaj hazırlamaq üçün yaxın günlərdə Azərbaycana yola düşəcək. Çəkiliş qrupu idman yarışlarını işıqlandırmaqla bərabər, Azərbaycanın tarix və mədəniyyətindən söz açan silsilə sənədli filmlər hazırlayacaq. Həmin filmlər iyul ayında vilayətin Birinci kanalında nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB