Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Gəncliyin yolu qurtuluş yoludur" mövzusunda tədbir keçirib. Tədbirdə ölkəmizin ictimai-siyasi həyatında fəallıqları ilə seçilən gənclər, Milli Məclisin deputatları iştirak ediblər.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. O, 1993-cü ilin iyununda xalqımızın fəlakətlə üzləşdiyi bir zamanda ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyasından söhbət açıb.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputat Sevinc Hüseynova Milli Qurtuluş Gününün tarixindən bəhs ediblər. Çıxış edənlər müstəqilliyimizin sarsılmazlığının qarantı olmuş, çağdaş dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətə gənclərimizin hər zaman sadiq qalmalarının önəmini vurğulayıblar.
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Rəhimov Azərbaycanın gələcək inkişaf yolunda bugünkü gəncliyin mühüm rol oynadığını söyləyib.
Sonda təhsildəki nailiyyətləri və ictimai fəallığı ilə seçilən bir neçə gəncə partiyanın üzvlük vəsiqələri verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB