Kreditlə əldə edilən məhsullarla bağlı konfrans keçirilib

Kreditlə əldə edilən məhsullarla bağlı konfrans keçirilib
Bu gün kreditlə əldə edilən məhsullarla bağlı konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Azad İstehlakcılar Birliyinin sədri Eyyub Hüseynov iştirak edib.

O, istehlakçıların kreditlə əldə etdikləri məhsulların ödənişi ilə bağlı fikirlər səsləndirib. Bildirib ki, manatın devalvasiyasından sonra Azərbaycana xaricdən mal gətirən sahibkarlar müxtəlif bəhanələrlə qiymətləri artırmağa çalışırlar: "Onlar qeyd edirlər ki, biz onları xaricdən gətiririk. Buna görə də keçmiş qiymətlə indiki arasında fərq yaranır. Bu da daha çox mobil telefonlar və məişət avadanlıqlarında hiss olunur".

Eyyub Hüseynov həmçinin ölkəmizdə təyyarə biletləri ilə bağlı yaranan problemə də toxunub. O ifadə edib ki, bu gün istehlakçıların çoxu alınan biletlərin geri qaytarılmaması ilə bağlı şikayət edirlər. Bu problem qısa zamanda aradan qaldırılmalıdır. Eyyub Hüseynov çıxışı zamanı biletlərin öncədən sifarişi məsələsinə də diqqət yetirilməsinin zəruriliyinə diqqət çəkib.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com