"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Fransa Milli Olimpiya və İdman Komitəsinin, və Nitsa Milli İdman Muzeyi ilə birgə əməkdaşlığı şəraitində 5-28 iyun tarixlərində Parisdəki Fransa İdman Evində keçiriləcək "Azərbaycan –İdman foto obyektivdə " adlı sərgi haqqında məlumat yayılıb. TEAS-dan SİA-ya verilən xəbərə görə, "Bakı 2015" I Avropa Oyunlarına həsr olunmuş foto sərgi haqqında məlumat Fransa Milli Olimpiya və İdman Komitəsinin rəsmi İnternet səhifəsində /http://espritbleu.franceolympique.com/espritbleu/actus/5082-lazerbadjan--ct-sport--une-exposition--la-maison-du-sport.html/, həmçinin, qurumun bülletenində və facebook səhifəsində yerləşdirilib.
Fransa İdman Evində nümayiş etdiriləcək foto şəkillər 2014-cü ildə TEAS tərəfindən təşkil edilən fotomüsabiqənin yekun nəticəsinə əsasən seçilib. Həmin foto şəkillər dünyanın müxtəlif ölkələrindən olan peşəkar və həvəskar fotoqrafların təqdim etdiyi 300 şəkil arasından seçilmişdir. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunlarına həsr olunmuşdu. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB