"Son hazırlıqlarla bağlı bu gün Kristal Zal, Avropa Oyunları Parkı və Bakı İdman zalında oldum. Gördüm ki, bizim planlaşdırdığımız bütün işlər uğurla həyata keçib". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq söyləyib.
Bildirib ki, artıq qonaqlarımızın bəziləri gəlib: "Beynəlxalq yayım şirkətlərindən olan mətbuat nümayəndələri də artıq Azərbaycana gəlirlər. Açılış mərasiminə demək olar ki, bütün biletlər satılıb. Deyə bilərik ki, Olimpiya stadionu artıq tam dolub. Bu da bizim üçün gözəl nəticədir. Onu da unutmayaq ki, 9 ay əvvəl qərara alındı ki, ilk Avropa Oyunları Bakıda keçiriləcək. 9 ay çox qısa bir müddətdir. Hər zaman demişəm ki, bu 9 ayın hər günü bizim üçün çox vacibdir. Bu günün mahiyyəti olduqca böyükdür. Ona görə də bu qısa müddət ərzində nailiyyətlər əldə etmək gözəl nəticədir. Düşünürəm ki, son 7 günümüz var və o zaman deyə biləcəm ki, biz tam hazırıq. Onu da deyim ki, iki gün öncə Mingəçevirdə oldum. Bu müddət ərzində gördüm ki, fantastik nəticələr var. Orada idmançılar 20 qızıl medal uğrunda mübarizə aparacaqlar. İdman yarışına olan bilet satışlarımız gözəl nəticə verib. Azərbaycanda daha çox məşhur olan idman növləri boks, karate, güləş, taekvondo, bədii gimnastikaya maraq çoxdur. Həmçinin məşhur olmayan idman növlərinə də biletlər satılır. Bir sözlə nəticələr çox gözəldir və uğurlar əldə ediləcəyimizə inanıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB