“Milli-mənəvi dəyərlərin qorunmasında İKT-nin rolunun gücləndirilməsi”
Bu gün "ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi Bakı Mətbuat Mərkəzində "Milli-mənəvi dəyərlərin qorunmasında İKT-nin rolunun gücləndirilməsi" layihəsinin ilkin təqdimatını kecirib. Aprelin 9-dan başlanan layihə "ELS"in Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının Maliyyə, Təhsil Nazirlikləri və İctimai Televiziyanın iştirakı ilə həyata keçirilib.
Tədbirdə çıxış edən "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, aprelin 23-də adiyyati dövlət qrumları QHT-lərin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə keçirilən layihənin ilkin təqdimatı zamanı "ELS" tərəfindən aprel ayında Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin 740 şagird və tələbəsi arasında apardığı sorğunun nəticələrini təqdim edib. Sorğu aksiyası nəticəsində müəyyən edilib ki, Telviziya bu gün hər bir ailədə əsas informasiya mənbəyi və asudə vaxtın keçirilməsi üçün vasitəyə çevrilib. İlkin təqdimat zamanı açıq dərs verilişinin 6 buraxılışında səslənən maraqlı fikir və təkliflərdən ibarət slayd-şou nümayiş etdirilib. Tədbirdə çıxış edənlər layihənin yetişən nəslin milli ruhda formalaşması və tərbiyələndirilməsində önəmli rol oynadığını və tele efirdə aparılan müzakirələrin nəticəsinin müsbət olacağına ümid etdiklərini vurğulayıblar.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB