Fermerlər daha əziyyət çəkməyəcəklər FOTO

Fermerlər daha əziyyət çəkməyəcəklər FOTO

"Bu il qərb bölgəsində taxıl biçini zamanı fermerlər texnika sarıdan əziyyət çəkməyəcəklər". Bu barədə SİA-nın bölgə müxbirinə, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir Regional Nümayəndəliyindən məlumat verilib.

Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarında əkin sahələrində dənli bitkilərin yığılmasına hazırlaşan Şəmkir Regional Nümayəndəliyi biçin işlərini ümumilikdə 50-yə yaxın kombayn vasitəsilə həyata keçirməyi planlaşdırır. Cəmiyyət fermerlərin müraciətlərinin artmasını nəzərə alaraq, yığımı itkisiz və daha məhsuldar aparmaq üçün kombaynların 30-nu yeniləyib. Avropa istehsalı olan yeni texnikalar sahələrdən taxıl yığımını sürətli aparmaqla yanaşı, iş qabiliyyəti daha keyfiyyətlidir.

Regional Nümayəndəlik qərb bölgəsi ilə yanaşı, aran regionunun fermerlərinin sifarişləri əsasında Ağcabədi, Beyləqan, Kürdəmir, Ucar və digər rayonlarda da biçin işlərini aparmağı planlaşdırır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə